Növbəti əfv siyahısı hazırlanır
“Mənim ünvanıma bütün respublikadan ərizələr daxil olar. Yaydan indiyə qədər 50-60 ərizə qəbul etmişəm. Amma Əfv Kommisiyasının iclası hələ olmayıb”.
Bunu Əfv Kommisiyasının üzvü, deputat Elmira Axundova ANS PRESS-ə açıqlaması zamanı deyib.
“Əsasən cinayəti ağır olmayan, cəzasının yarısını çəkənlərin və digər əfv olunması münasib olan məhbusların ərizələri Əfv Kommisiyasına göndərilir”, - deyə deputat vurğulayıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da sayta açıqlamasında bildirib ki, əfv fərmanı ilə bağlı gözlətniləri var: “Biz Əfv Kommisiyasına 27 nəfərin siyahısımızı təqdim etmişik. Hazırlanan siyahıda əsasən məhkəməsi düzgün aparılmayanların və cəzasını yarıya kimi çəkən məhbusların var”.
Xatırladaq ki, Azərbaycanda son əfv fərmanı martın 18-də imzalanıb. Sonuncu əfv fərmanı ümumilikdə 101 nəfər şamil edilib.
Azərbaycanın müstəqillik dövründə isə ümumilikdə 59 əfv fərmanı imzalanıb. Bu da indiyədək 6100 nəfərin azadlığa buraxılması deməkdir.
Mənbə:> ANSPRESS