Komitə kütləvi şəkildə “kupça” paylayır
Gəncədə 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 50-yə yaxın vətəndaşın sənədləri dövlət qeydiyyatına alınması və çıxarış verilməsi məqsədilə qəbul edilib.
Oxu.Az-a bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən(ƏMDK) məlumat verilib.
Komitə bildirir ki, indiyədək respublika üzrə keçirilən kampaniyalardan ümumilikdə 3500-dən çox vətəndaş faydalana bilib.
“2015-c ilin ilk rübündə regionlarda əmlakın qeydiyyatı 20%-dən çox yüksəlib. Müvafiq dövrdə ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınıb”-deyə, komitə vurğulayır.
Xatırladaq ki, komitə tərəfindən bu kampaniya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Fərmanına əsasən həyata keçirilir.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli