Pan Gi Mun müsəlmanların sıxışdırılmasından narahatdır
BMT-nin baş katibi Pan Gi Mun bəyan edib ki, terrorçuların fəallaşması ilə əlaqədar qaçqınların sıxışdırılmasından narahatdır.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Mən müsəlmanların, xüsusilə də müsəlman qaçqın və mühacirlərin sıxışdırılmasından narahatam. Bu, terrorçulara qüvvət verən parçalanmanı daha da gücləndirəcək”, - Pan Gi Mun BMT-nin Təhlükəsizlik Şurasının iclasında bildirib.
Çərşənbə axşamı o, öz çıxışına Fransaya başsağlığı verməklə başlayıb.
“Beyrut və Bağdadda son terror aktlarından, eləcə də Rusiya təyyarəsində partlayışdan sonra, terrorizmin davam edən təhlükəsini və “İslam dövləti”nin (İŞİD) fəallığını müşahidə edirik. Heç bir fikir ayrılığı və səbəblər bu aktlara bəraət qazandıra bilməz”, - baş katib bildirib.
O, yenidən terror qruplarına qarşı birlikdə qarşıdurmağın və radikallığın möhkəm çevrəsini dağıtmağın labüdlüyünü bəyan edib.
“Bu gün baş verən qəddar münaqişələr və zorakı ekstremizm əsasən bərabərsizliyə, təbii resursların qeyri-bərabər bölünməsinə, rüşvətxorluğa, sıxışdırmalara, idarəçilikdəki səhvlərə, məyusluq və parçalanmalara əsaslanır. Bu isə işçi yerlərinin və imkanlarının çatışmazlığı ilə müşahidə edilir”, - BMT-nin baş katibi vurğulayıb.
“Bizim fəaliyyətimiz hələ bu reallıqlara cavab verməyib”- o etiraf edib.
Mənbə:> Oxu.Az