Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Foto, Video

Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı – VİDEO+FOTO

Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı


Мüdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə Hərbi Hava Qüvvələri döyüş helikopterlərinin uçuş-taktiki təlimləri keçirilib.

Bu barədə Oxu.Az-a nazirlikdən bildiriblər.

Məlumata görə, döyüş atışlı təlimlərdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən digər hədəflərin aşkarlanması və müəyyən edilməsi üzrə normativ tapşırıqları yerinə yetiriblər.

Eyni zamanda aviasiya texnikasını ehtiyat və əməliyyat aerodromlarına yerdəyişməsi üzrə yerüstü xidmətlərin hazırlıq fəaliyyəti də yoxlanılıb.

Sonra idarə olunan aviasiya raketlərinin tətbiqi ilə müxtəlif hədəflərin məhv edilməsi icra olunub.

Müdafiə naziri tərəfindən verilən tapşırıqlar helikopter ekipajları tərəfindən uğurla icra olunub və döyüş atışlarının nəticələri yüksək qiymətləndirilib.



Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı
Zakir Həsənov döyüş helikopterlərini havaya qaldırdı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *