Donetsk separatçıları üsyana qalxdılar – VİDEO
Ukraynanın şərqində öz müstəqilliyini elan etmiş "Dontsk Xalq Respublikası"nın silahlı qruplaşmalarından birinin döyüşçüləri etiraz aksiyasına başlayıblar.
Ölkə.az xəbər verir ki, separatçılar "Dontsk Xalq Respublikası"nın rəhbərliyindən vuruşduqlarına görə maaş tələb edirlər.
Separatçılar ailələrini dolandırmaq üçün heç yerdən maaş və ya maddi yardım almırlar.
"Biz hətta yuyuna bilmirik. Yaşamağa yerimiz belə yoxdur. Evsiz əyyaşlar kimi həyat sürürük. Siqareti belə almağa pulumuz yoxdur", deyə Donetsk separatçıları bildiriblər.
Mənbə:> Olke.az