Eks-prezidentin əlyazması 2,2 milyona satıldı
Auksiona çıxarılan əlyazmaya görə 2,2 milyon dollar ödəyiblər.
Ölkə.az xəbər verir ki, ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun şəxsi əlyazması Nyu-Yorkda təşkil olunmuş hərracda 2,2 milyon dollara satılıb.
Məlumata görə, yazını Linkoln 1865-ci ilin mart ayında, ölümündən bir həftə əvvəl yazıb. Əlyazmada Avraam Linkolnun prezident seçilərkən and içdiyi mərasimdəki çıxışının mətni
yer alır.
Xatırladırıq ki, bu yaxınlarda Nyu-Yorkun "Heritage" hərracında prezident Linkolnun saçının kiçik bir çəngə tükü 800 min dollara satılmışdı.
Mənbə:> Olke.az