Uorlik: Azərbaycanlılar və ermənilər sülhə hazırdırlarmı?
Məsələ Ermənistanda və ya Azərbaycanda cəsur Avraam Linkolnun olub-olmamasındadır.
Oxu.Az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter-ində yazıb.
“Avraam Linkoln bizi hərbdən sülhə gətirdi, o siyasəti kənara qoyub bizim tariximizdə yeni səhifə açdı. Ermənistanda və Azərbaycanda sülhə və barışığa apara biləcək cəsur Avraam Linkoln varmı? Regionun xalqları çiyin-çiyinə, sülhdə, təhlükəsizlik və rifahda yaşamağa hazırdırlarmı?”, - diplomat yazıb.
Mənbə:> Oxu.Az