Obamanın maliyyə durumu » AzNews.info -Xəbər portalı

Obamanın maliyyə durumu

Obamanın maliyyə durumu


ABŞ prezidenti Barak Obamanın və onun ailəsinin maliyyə durumu 1,9-6,9 milyon dollar kimi qiymətləndirilir, bu barədə Ağ evin saytında dərc edilən illik hesabatda bildirilib.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, cümə axşamı Ağ evin saytında 2014-cü ilin nəticələrinə əsasən 9 səhifəlik maliyyə hesabatı dərc edilib.

Prezident və onun ailəsi hesabatda şəxsi hesab və dəyərləndirmələri əsasında təxmini maliyyə durumlarını bildirirlər.

ABŞ prezidentinin maliyyəsinin əsas hissəsi ABŞ nazirliklərinin borc kağızlarına yatırılıb, bu yatırım 1-5 milyon dollar arasındadır. 250-500 min arası sərmayə isə başqa ödəmə müddətli kağızlara yatırılıb.

Prezident ailəsinin cari hesabında JPMorgan Chase bankında 50-100 min dollar vəsait var, Northern Trust bankında isə 15 min dollar vəsait mövcuddur.

Mişel və Barak Obama Vanguard təqaüd fondunda 100-250 min dollar arası əmanətə sahibdirlər.

Obama cütlüyünün 2014-cü il ərzində gəliri 477.383 dollar olub, bu isə bir il öncə olan gəlirdən 3715 dollar azdır. Federal vergilər qismində prezident və birinci xanım 93 min dollar ödəyiblər.

ABŞ prezidenti ildə 400 min dollara yaxın məvacib alır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *