ABŞ Türkiyədə F-15 qırıcıları yerləşdirəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ Türkiyədə F-15 qırıcıları yerləşdirəcək

ABŞ Türkiyədə F-15 qırıcıları yerləşdirəcək


Birləşmiş Ştatlar 10-a yaxın F-15 qırıcısını Türkiyənin cənubundakı “İncirlik” aviabazasında yerləşdirəcək. Bu qırıcılar Suriya səmasında amerikan bombardmançılarının və hücumçularının fəaliyyətinin havadan qorunmasını təmin edəcək, bu barədə The Daily Beast nəşri Pentaqon nümayəndəsi Lora Silə istinadən məlumat yayıb.

Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, Sil yalnız “hava-hava” raketləri ilə təchiz ediləcək amerikan qırıcılarının konkret tapşırıqlarını açıqlamaqdan imtina edib, amma o: “Mən bunun Rusiya ilə əlaqədar olmadığını söyləmədim” deyə vurğulayıb.

Rəsmi versiyaya istinadən F-15 qırıcılarının və A-10 hücum təyyarələrinin Türkiyədəki aviabazada yerləşdirilməsi ABŞ-ın NATO üzrə müttəfiqlərinin “təhlükəsizliyinin” təmin edilməsi üçün lazımdır.

Nəşrin qeyd etdiyinə görə, bu, altı “hava-hava” raketi ilə təchiz edilmiş F-15 qırıcılarının Suriya ilə sərhəddə Türkiyə HHQ-yə keşik çəkməkdə, dəfələrlə Türkiyə ərazisinə keçən Suriya təyyarələrinin və helikopterlərinin tutulması üçündür.

Amma çox güman ki, Suriya qoşunları ilə təmas xəttinin və Rusiya aviasiyasının fəaliyyəti zonası yaxınlığında yerləşən İŞİD yaraqlılarının hədəflərinə aviazərbələr zamanı F-15-ləri hücum və bombardmançı təyyarələrin müşayiət edəcəyini qeyd edən nəşr, onların əsas məqsədinin “rusları izləmək” ola biləcəyini də vurğulayır.

The Daily Beast amerikan hücum təyyarələri A-10-ların artıq “İncirlik” aviabazasına gəldiyi, F-15-lərin isə hələ orada yerləşdiriləcəyi barədə məlumat yayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *