İlhamə: Gələn dəfə Elzaya özüm səs verəcəyəm
Xalq artisti İlhamə Quliyeva deputatlığa namizəd olan əməkdar artist Elza Seyidcahanın seçkidə məğlub olmasına münasibət bildirib.
AzNews.info xəbər verir ki, İ.Quliyeva ölkə.az-a açıqlamasında Seyidcahanı təmkinli olmağa çağırıb:
“Allah Elzaya xeyir versin. Hələ cavandır. Növbəti dəfə namizədliyini verər, səbrli olsun. Nə yaşı var ki? Gələn dəfə namizəd olsun, mən özüm də ona səs verəcəyəm”.
Qeyd edək ki, Eza Seyidcahan 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd idi.
Mənbə:> Olke.az