Corc Kluni “erməni soyqırımı”nı tanıdı
1915-ci ildə ermənilərə qarşı “soyqırımı” törədilib, bu məsələyə dair mübahisə yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə dünya şöhrətli aktyor Corc Kluni cənubi Kaliforniyanın ictimai radiosunda “The Frame” proqramında müsahibə zamanı bəyan edib.
“İndi tarix dəyişib və türklər bu haqda daha danışmaq istəmirlər. Bizim Türkiyədə hərbi bazamız olduğu üçün bu zamana qədər “Bəli, soyqırımı olub”, deyən siyasətçilər, bu gün bunu deyə bilmirlər. Siz bunu belə adlandıra bilməzsiniz”, - Kluni bəyan edib.
Aktyorun sözlərinə görə, o, bir çox senatorlarla danışıb və onlardan “erməni soyqırımı” haqqında bu gün danışa biləcəkləri barədə soruşub. Qanunvericilər isə buna:
“Qətiyyən bu barədə danışa bilmərik, çünki Türkiyə terror ilə mübarizədə bizim tərəfdaşımızdır”, - deyə cavab veriblər.
Kluni hər hansı bir aktyorun siyasət yürüdə bilməməsini, amma onun üçün əhəmiyyət kəsb edən məsələləri qaldıra biləcəyini vurğulayıb.
Mənbə:> Oxu.Az