ABŞ ilk dəfə Avropada RƏM proqramı üzrə sınaqlar keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

ABŞ ilk dəfə Avropada RƏM proqramı üzrə sınaqlar keçirdi

ABŞ ilk dəfə Avropada RƏM proqramı üzrə sınaqlar keçirdi


ABŞ Silahlı Qüvvələri Avropada ilk dəfə olaraq raket əleyhinə müdafiə (RƏM) proqramı üzrə sınaqlar keçirərək, Atlantik okeanda ballistik təlim raketini məhv edib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Bu, idarə edilən “Stendart-3” Blok 1A raketinin qeyri-amerikan poliqonunda ilk buraxılışı və Avropa hərbi əməliyyatlar teatrında ilk ballistik raketinin vurulması olub”, - ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edilir ki, təlim ballistik raketinin buraxılışı Atlantik okeanında Şotlandiyanın qərb sahillərində yerləşən poliqonundan “Ross” eskadra minadaşıyıcısından həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Avropanın cənubunda NATO hərbi təlimlərinin fəal mərhələsinin başlandığı bildirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *