Eldar Əzizov: Bu, harınlaşmış, öz mənafelərini güdənlərə birbaşa aiddir
Səbail rayonunda 2015-ci ilin 9 ayının yekunları müzakirə olunub.
Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorundan Oxu.Az-a verilən məlumata görə, yığıncaqda rayonun sosial iqtisadi inkişaf məsələlərinə xüsusi diqqət yetirilib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün əsas prinsiplər Azərbaycan prezidentə sadiq olmaq və harınlamamaqdır:
“Bu bizə də aiddir, hamıya da. Bəzi insanlar sərhədlərini keçiblər və buna görə də öz cəzalarını alıblar. Ədəbi dildə “qudurmaq” sözünü insanlara şamil etmək olmasa da, bu harınlaşmış, inkişafa əngəl törədən, öz mənafelərini güdənlərə birbaşa aiddir və rayonda bu işlərə yol verənlərə qarşı ciddi tədbirlər görüləcək”.
Həmçinin cavabdeh şəxslərin məsuliyyət məsələsinə toxunan icra başçısı onlara daha məsuliyyətli olmağı, vətəndaşların müraciətlərinə həssas yanaşmağı, rayon ərazisində hər hansı qanunsuz əməllərin qarşısının qarşısının dərhal alınması ilə bağlı tapşırıqlar verib.
Neqativ hallara yol verənlərə qarşı isə kimliyindən asılı olmayaraq ciddi tədbirlər görüləcək.
Mənbə:> Oxu.Az