Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...” » AzNews.info -Xəbər portalı

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”

Azərbaycan əsilli yəhidi oliqarx Telman İsmayılova artıq keçmiş milyarder də demək olar. Onun yüz milyonlarla dollarlıq borcu və hər tərəfdən üstünə düşüb borcunu tələb edən keçmiş biznes kompanyonları haqda mətbuat xəbərlər yaymaqdadır.

Virtualaz.org saytı xəbər verir ki, Rusiyanın “Vedomosti” həftəliyi hazırda kreditorlar tərəfindən mühasirəyə alınmış Telman İsmayılovun niyə müflis olmasının səbəblərini araşdırıb və müsahibə üçün ona müraciət edib.

Lakin biznesmenin yaxın ətrafından “Vedomosti”yə belə cavab veriblər: “Telman Mərdanoviç baş verənlərdən şokdadır və heç kimlə danışmaq istəmir”.

T.İsmayılovun şoka düşdüyü bir vaxtda onun işləri də durmadan pisləşir. VTB qrupuna daxil olan “Bank Moskva”nın biznesmenin müflis elan edilməsinə dair məhkəməyə iddia təqdim etməsi barədə artıq xəbər verilib. Bu da kifayət etmirmiş kimi kreditorlar Telman İsmayılovun bütün dünya boyu əmlakına həbs qoyulmasına nail olmağa çalışır.

Biznesmen hesab edir ki, onun aktivlərinin reyder üsulu ilə ələ keçirilməsi prosesi gedir. Bunu İsmayılova yaxın iki mənbə deyib.

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”


Lakin belə görünür ki, problem reyder hücumlarında yox, İsmayılovun əsas gəlir mənbəyi olan “Çerkizovsk” bazarının bağlanmasından sonra ambisiyalarını cilovlaya bilməməsindədir. Belə ki, İsmayılovun meqalayihələrinə banal olaraq pul çatmırdı.

Bakıdan “Çerkizov”a

Bakıda dağ yəhudilərinin çoxuşaqlı ailəsində anadan olan İsmayılov bizneslə hələ uşaq yaşlarından məşğul olmağa başlayıb: əvvəlcə Bakı “sexovşiki” olan atasına kömək edib, daha sonra şəhərdə açılan ilk kommersiya mağazasını idarə edib. Sonra Moskvadakı Plexanov adına instituta oxumağa gedib və orada məskunlaşıb.

İsmayılov Moskvada “Mosqorispolkom”un sədrinin birinci müavini, kooperativ və fərdi əmək fəaliyyəti üzrə şəhər komissiyasının sədri Yuri Lujkovla və həmin komissiyanın katibi, Lujkovun arvadı Yelena Baturina ilə tanış olub.

1989-cu ildə İsmayılov AST şirkətlər qrupunu təsis edəndə artıq Lujkovla dostluq münasibətləri yaratmışdı.

2009-cu ildə isə İsmayılov ilk dəfə Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına düşdü. “Forbes” onun sərvətini 600 milyon dollar qiymətləndirirdi.

İsmayılovun AST qrupu biznesin müxtəlif sahələri ilə məşğul olsa da onun əsas gəlir mənbəyi “Çerkizovsk” bazarı idi. AST qrupu 200 hektardan çox ərazisi olan nəhəng bazarı - narkotiklərdən tutmuş saxta mallara qədər hər şeyin satıldığı “tolkuçka”ya nəzarət edirdi.

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”


“Çerkizovsk” bazarını dəfələrlə bağlamaq istəyibkər. Prokurorluq bazarın yerləşdiyi ərazinin icarəyə verilməsi barədə müqavilənin pozulmasına dair iddianı dəfələrlə udub, ancaq bazar işləməkdə davam edirdi.

Ancaq 2009-cu il iyunun 1-də o vaxtkı baş nazir Vladimir Putin hökumətin iclasında gömrükçüləri sərt tənqid edəndən sonra vəziyyət dəyişdi.

“Bir neçə il əvvəl mən gömrüyün praktiki olaraq bütün rəhbərliyini qovmuşdu. Və nə oldu? Qaçaqmalçılıq kanalları necə işləyirdisə, indi də elə işləyir. Bazarların birində 2 milyard dollarlıq mal qalır, hələ də məhv etməyiblər, sahibi də yoxdur”- deyə Putin güc strukturlarının rəhbərlərini danlayaraq bildirdi.

Putin hansı bazarı nəzərdə tuturdu, bu - tezliklə aydın oldu. 2009-cu il iyunun sonunda “Çerkizovsk” bazarı sanitar normaların pozulmasına görə müvəqqəti bağlandı. Daha sonra Federal Miqrasiya Xidməti bazarda yüzlərlə qeyri-leqal miqrant aşkar etdi.

Bazarın ərazisinin icarə müqaviləsi ləğv olundu, binası söküldü və bununla da MDB-nin ən böyük “talkuçka”sının əhvalatı başa çatdı.

Ümumiyyətlə isə bazarı bağlamaq istəmirdilər. Ən azından İsmayılovun tanışları və bazarın ləğvində iştirak edənlər indi belə deyirlər. Sadəcə olaraq müxtəlif güc strukturları “Çerkizovsk” bazarından pul axınlarına nəzarət uğrunda gömrükçülərlə rəqabətdə idilər və müntəzəm olaraq kompromatlar hazırlayıb yuxarılara ötürürdülər.

Və budur, gömrüyə hücum üçün zəmin hazır olanda 2009-cu ilin mayında İsmayılov Antalyada “Mardan Palace” otelinin açılışı münasibətilə dəbdəbəli mərasim təşkil etdi. İsmayılov bu bazarın tikintisinə az qala bütün pullarını xərcləmişdi.

Mərasimdə Şeron Stoun və Monika Belluci kimi Hollivud ulduzları çıxış etdilər, bahalı hədiyyələr paylandı, atəşfəşanlıq oldu.

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”


İsmayılovun “Çerkizovsk” bazarında qazandığı pulları bu cür səs-küylə, əda ilə xərcləməsi səbr kasasını daşıran sonuncu damla idi. Moskva meriyasının keçmiş çinovniki xatırlayır ki, hakimiyyətin hövsələsini məhz “Mardan Palace”in açılış mərasimi daşırdı.

İsmayılov “Mardan Palace”in yanında özünə böyük saray da tikdirmişdi. Doğrudur, Rusiyada o, özünün ən mühüm aktivlərindən birini, rekonstruksiya olunmuş “Voentorq” ticarət mərkəzini dağıstanlı milyarder Süleyman Kərimova satmalı olmuşdu.

Bazardan sonrakı həyat

Gözlənilmədən İsmayılova aydın oldu ki, Rusiyada onun dostları azalıb, düşmənləri isə çoxalıb.

“Əsas problem İsmayılovun dostluq münasibətlərini necə başa düşməsindədir”-onun keçmiş biznes partnyorlarından biri xatırlayır.

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”


“Nə vaxtsa kimsə ona lazım olurdusa, həmin adamı özünə yaxınlaşdırırdı, şərq stilində bahalı hədiyyələrli - brilyantları, qızılı onun başından səpələyirdi. Onun bütün ətrafı buna alışmışdı və yaxınlarının arasında tezliklə ziddiyyətlər başladı, çünki Telman onlardan birinə az, birinə çox verirdi. Və inciyənlər çox tezliklə Telmana nifrət bəsləməyə başlayırdılar. Ona görə də o, özünə xeyli düşmən qazandı. Sağa-sola səpələmək üçün pullar qurtaranda isə hədiyyələr də qurtardı və məlum oldu ki, ətrafda heç adam qalmayıb”-mənbə danışır.

Moskva meriyanın keçmiş çinovniki isə deyir ki, İsmayılov bütün aktvlərini “Çerkizovsk” bazarından qazandığı pullarla almışdı. Bazar işləyəndə onun nağd pulla bağlı heç bir problemi olmurdu.

“Məlum olanda ki bu pul axını artıq yoxdur və pulu qazanmaq heç də asan deyilmiş, İsmayılovun biznesində vəziyyət pisləşməyə başladı. Onun “Praqa” restoranı, “Voentorq”, həmin “Mardan Palace” oteli bazar qədər gəlir gətirə bilmirdi”- mənbə deyir.

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”


Ona görə də “Çerkizovsk” bazarı bağlanandan dərhal sonra İsmayılov bazar biznesini geri qaytarmağa çalışırdı, ancaq bu dəfə Rusiyadan kənarda. Ukrayna KİV-lərinin məlumatına görə İsmayılov Odessa yaxınlığındakı “7-ci kilometr” bazarının səhmlərinin bir hissəsini almağa çalışıb, ancaq uğursuzluğa düçar olub. Aktivləri Ukraynanın o vaxtkı prezidenti Viktor Yanukoviçin adamları ələ keçiriblər.

İsmayılov ikinci bazarı Qazaxıstanda açmaq istədi. 2010-cu ildə Alma-Ata yaxınlığındakı keçmiş maşın bazarının yerində təntənəli şəkildə AST topdansatış bazarl fəaliyyətə başladı. O, “Çerkizovsk” bazarını xatırladırdı - bazarda gömrük terminalı, otel, valyutadəyişmə məntəqələri, apteklər, ərzaq mağazaları yerləşirdi.

İsmayılovun Qazaxıstandakı bazar biznesində parntyoru onun köhnə tanışı, “Eurasian Resourses Group” dağ-mədən və metallurgiya şirkətinin sahiblərindən biri, Qazaxıstanın ən zəngin adamlarından sayılan yəhudi Aleksandr Maşkeviç idi.

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”


Maşkeviçlə İsmayılov Avrasiya Dağ Yəhudiləri Konqresindən tanış idilər, Maşkeviç bu konqresin prezidenti, İsmayılov isə müavini olub.

Lakin qazax KİV-lərinin yazdığına görə, şəhərdən uzaq olduğundan AST bazarında problemlər başladı. 2011-ci ildə aydınlaşdı ki, bazarın sahibləri tikintidə iştirak edən bir neçə podratçıya 5 milyon dollar borcludur. Nəticədə podratçılar müflis oldu, işçiləri isə mitinq keçirərək əmək haqlarını tələb etməyə başladılar.

İsmayılov və Maşkeviç tələsik mətbuat konfransı keçirərək vəd etdilər ki, inşaatçılara olan borclarını ödəyəcəklər.

Hazırda bazarın adı dəyişib - “İpək yolu” beynəlxalq ticarət mərkəzi olub. Onu Maşkeviçin ERG qrupu və partnyorları idarə edir. İsmayılovun bazarda mülkiyyətçi kimi qalıb-qalmadığı məlum deyil. Nə Maşkeviç, nə də İsmayılov bu haqda danışmaq istəmir.

Evə dönüş

İsmayılov Rusiya biznesinə Çeçenistan rəhbəri Ramzan Kadırovun köməyi ilə cəhd göstərdi. “Vedomosti” xatırladır ki, bu ilin mart ayında İsmayılov haqqin.az saytına müsahibəsində Kadırovun ona görə Putindən xahiş etdiyini təsdiqləyib.

“Vaxtilə mən Ramzan Kadırovun atası rəhmətlik Əhməd Kadırovla çox yaxın dost idim. Bəli, mənim Ramzan Kadırovla da yaxın münasibətlərim var. Təkcə o, xahiş etməyib, Rusiya elitasının bir çox digər simaları da xahiş ediblər”- Telman İsmayılov deyib.

2010-cu ilin əvvəlində İsmayılov oğlu Sərxanla birlikdə Qroznıya, Kadırovla görüşə uçdu. Danışıqların yekunu olaraq İsmayılov Çeçenistanda investisiya layihələri həyata keçirəcəyini vəd etdi və “Terek” klubuna sponsorluğu boynuna götürdü.

Sərxan İsmayılov “Terek”in vitse-prezidenti təyin olundu, kluba isə Kadırov özü başçılıq edirdi.

Lakin İsmayılovun Çeçenistanda vəd etdiyi investisiya layihələrindən xəbər çıxmadı. Ola bilsin o vaxt biznesmenə aydın oldu ki, federal hakimiyyət başqa regionlara investisiyada maraqlıdır. Hələ 2009-cu ilin sonunda Putin dedi ki, Türkiyədə otel tikintisində kriminal görmür, lakin investisiya resurslarını Rusiyada reallaşdırmaq pis olmazdı. Məsələn, Soçidə olimpiya obyektlərinin tikintisinə investisiya qoymağı heç kim qadağan etmir.

Telman İsmayılov mühasirədə: “Şokdadır və heç kimlə danışmaq istəmir...”


Artıq 2010-cu ilin aprelində İsmayılov “Olimpstroy”la Soçidə 800 milyon dollara 4 min nömrəlik otelin tikintisi üçün müqavilə bağladı.

“Lakin biznesmen otelin tikintisinə pul tapa bilmədi, banklar kredit vermədilər və o, tikinti üçün nəzərdə tutulan vaxtın çatdığı məlum olanda tələsik İsmayılovu əvəzləmək üçün başqa investor axtarıb tapmalı oldular. Bu uğursuzluq Telmana əlavə xal qazandırmadı”- deyəolimpiada obyektlərinin tikintisini kurasiya edən məmurlardan biri xatırlayır.

2013-cü ildə İsmayılov çeçen futboluna qayıtdı. İlin əvvəlində o, “Terek”lə tanışı Arkadi Qaydamaka məxsus olan İsrail klubu “Beytar” arasında yoldaşlıq matçı təşkil etdi, oyun 0:0 hesabı ilə başa çatdı. Klubun sahibləri isə qərara aldılar ki, iki çeçen futbolçu “Beytar”a transfer edilsin. Ancaq bu, “Beytar”ın fanatlarını qəzəbləndirdi, onlar klubda müsəlman oyunçuları görmək istəmirdilər.

Qismən də azarkeşlərin etirazları üzündən Qaydamak klubu satmaq niyyətini elan etdi. Və bildirdi ki, klubu İsmayılova və onun partnyorlarına - Dövlət Dumasının deputatı, Kadırovun müşaviri Adam Delimxanova və Kenes Rakişevə satır.

Lakin “Beytar”ın azarkeşləri bu sövdələşməni də pozdular. Bu uğursuzluqdan sonra İsmayılov çeçen futbolundan uzaqlaşdı. Onun yerinə “Terek”ə Rakişevin şirkəti sponsorluq etməyə başladı.

Kreditorların yarışı

2013-cü ildə İsmayılov öz şirkətlərini oğullarına və top-menecerinə satdı. Məsələn, “AST-98” və “KBF AST” şirkətlərindəki payını oğulları Ələkbər və Sərxan arasında böldü.

“AST kolxoz Kalinski” şirkətini (Moskva ətrafında 3 min hektar torpaq sahəsinə malikdir) isə “KBF AST” şirkətinin baş direktoru olan İqor Morozova verdi. Moskvadakı ən iri üç obyekti - “Praqa” restoranını, “Tropikano” biznes mərkəzini və AST ticarət mərkəzini isə Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Tiger Limited”, “Ergon İntercoporate LTD” və “Tounderwide Holdings Limited” offşor şirkətlərinə rəsmiləşdirdi. Bu şirkətlərin hər üçü İsmayılova məxsus idi.

İsmayılovun biznesində restruktizasiya aparması onunla bağlı idi ki, kreditorlar hər tərəfdən ondan pullarını tələb etməyə hazırlaşırdılar.

“Vedomosti” hesablayıb ki, hazırda İsmayılovun və şirkətlərinin 586 milyon dollarlıq borcu var. Bu isə onun sərvətinin həcmi qədərdir. Yəni İsmayılov faktiki olaraq müflisdir.

Belə görünür ki, kreditorlar onun bütün aktivlərinə iddia edir, təkcə birindən başqa. Bu, elit alkoqol markalarının distributoru olan “AST İnternational İnvoroment” şirkətidir. Qalan bütün aktivləri isə banklarda girovdur, yaxud kreditorlar tərəfindən həbs tələbi ilə üzləşib. O cümlədən “Mardan Palace”a türk banklarına borca görə həbs qoyulub.

İsmayılov isə əmindir ki, bütün baş verənlər reyder hücumudur. Ən azından onun tanışlarından biri belə deyir. O danışır ki, İsmayılov nüfuzlu biznesmen tanışlarından birindən VTB qrupu ilə anlaşmaya kömək etməyi xahiş edir.

“İsmayılov aktivlərini satmaq istəyir, alıcı da var, bank isə satışa icazə vermir, borclunun müflis elan edilməsinə çalışır”- mənbə deyir.

Digər borclular da Telmanın müflis elan edilməsini tələb edirlər, çünki onun vədlərinə inanmaq istəmirlər...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *