Sülh üzrə Nobel mükafatı Tunisə getdi
2015-ci ilin sülh üzrə Nobel mükafatına Tunisdə milli dialoq “kvarteti” layiq görüldü.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə cümə günü Stokholmda Nobel komitəsində elan edilib.
Komitədə izah ediblər ki, mükafat “2011-ci il Jasmin inqilabının nəticələrinə görə Tunisdə plürealistik demokratiyanın qurulmasında “kvartetin” həlledici roluna görə” verilib.
Mükafata namizəd Almaniyanın kansleri Angela Merkel hesab edilirdi.
Keçən il mükafatı “uşaqların və gənclərin hüquqlarının tapdanmasına qarşı və bütün uşaqların təhsil haqqında mübarizə üçün” fəallara, Pakistandan Mamal Yusufzay və Hindistandan Kaylaş Satiartxiyə verilmişdi.
Ənənəyə görə, dekabrın 10-da Alfred Nobelin anım günündə Stokholmda mükafatın təntənəli təqdimetmə mərasimi baş tutacaq. Mükafatın məbləği bu il təxminən 953 min dollardır.
Mənbə:> Oxu.Az