Müxalifətçi deputat parlament binasında bomba partlatdı – VİDEO
Müxalifətçi deputat qismən tanınmış Kosovoda parlament binasında partlayıcı qurğunu işə salıb, Reuters məlumat yayıb.
Oxu.Az xəbər verir ki, parlamentarinin məhz hansı partladıcı qurğudan istifadə etdiyi məlum deyil. Zal tüstü ilə dolub. Zərərçəkənlər haqqında məlumat yoxdur.
Müxalifətin etirazları Serbiya ilə münasibətlərin isinməsi siqnalları verən danışıqların hakimiyyət tərəfindən davam etdirilməsi ilə əlaqədardır.
Mənbə:> Oxu.Az