“Caviar” şirkəti Azərbaycandan üzr istədi
“Caviar” şirkəti Atlante Armenia telefonunun dizaynı ilə əlaqədar Azərbaycandan üzr istəyib.
Oxu.Az-a bu barədə şirkətdən bildiriblər.
“Biz Ermənistan respublikasına həsr edilmiş telefonun dizaynından dolayı keçirdiyi narahatçılıq və neqativ emosiyalara görə Azərbaycan xalqının hər bir nümayəndəsinə üzrümüzü çatdırmaq istəyirik.
Biz brendimiz və Azərbaycandan olan müştərilərimiz arasındakı münasibətlərə çox böyük əhəmiyyət veririk, ona görə də biz yubanmadan hadisəyə və telefonun tərtibatında obrazların diqqətsiz istifadəsinə dair daxil olan informasiyaya reaksiya bildirdik, fikir ayrılığına səbəb olan modeli satışdan çıxardıq. Hal-hazırda o, bizim rəsmi saytımızda təqdim edilməyib. Biz məsələni araşdırır və onun həlli yollarını axtarırıq.
Bir daha bu dərəcədə mühüm tarixi məsələyə diqqət etmədiyimiz üçün üzr istəyirik. Sizin anlayışınıza və qarşılıqlı münasibətlərin qorunub saxlanmasına ümid edirik”, - şirkətin bəyanatında deyilir.
Qeyd edək ki, mobil telefonların bəzədilməsi üzrə ixtisaslaşan italyan şirkəti “Caviar” iPhone 6s üçün dövlət rəmzləri olan yeni kolleksiyasında kobud səhvə yol verib. Bu səhv Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyinə toxunub.
Kolleksiyada bir neçə telefon modeli təqdim edilib.
Telefonlar Rusiya, İtaliya, Çin, BƏƏ, Azərbaycan, Qazaxıstan və Ermənistanın dövlət rəmzləri ilə bəzədilib.
Amma digər rəmzlər ilə əlaqədar Azərbaycanın işğal edilmiş ərazisində yaradılmış separat birliyin də rəmzi əks olunmuşdu.
Mənbə:> Oxu.Az