Məşhur şirkətdən Azərbaycana qarşı – SAXTAKARLIQ+FOTO
İtaliyanın mobil telefonların bəzədilməsi üzrə ixtisaslaşmış “Caviar” şirkəti “iPhone 6s” üçün dünyanın müxtəlif ölkələrin rəmzinə həsr edilmiş yeni kolleksiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı kobud səhvə yol verib.
Oxu.Az xəbər verir ki, dailykarabakh-ın məlumatına görə, şirkətin yeni kolleksiyası “Atlante” adlanır. Kolleksiyada bir neçə telefon modeli təqdim edilib.
Telefonların hər biri müxtəlif ölkələrin - Rusiya, İtaliya, Çin, BƏƏ, Azərbaycan, Qazaxıstan və Ermənistan - rəmzləri ilə bəzədilib.
“Caviar” Ermənistan üçün kolleksiyada bu ölkənin digər rəmzləri ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində ucaldılmış abidəni separatçı Dağlıq Qarabağ rejiminin “rəmzi" kimi göstərib.
Smartfonların dizaynı eyni üslubda hazırlanıb: arxa panel qızıldan hazırlanıb və ölkələrin görməli yerləri və rəmzlərinin təsvirləri olan barelyeflərlə bəzədilib. Məsələn, İtaliyaya həsr edilmiş model Pizza qülləsi, Kolizey və Venesiya qondolyeranının rəsmləri ilə bəzədilib.
Mənbə:> Oxu.Az