Rusiya hərbi bazasına qarşı etirazlar başladı
Belarusda Rusiyanın bu ölkədə hərbi yaratmasına qarşı etiraz aksiyaları başlayıb.
Ölkə.az yerli KİV-lərə istinadən xəbər verir ki, Minskin mərkəzi meydanına toplaşmış etirazçılar əllərində antiris şüarları və Avropa İttifaqının bayraqları Rusiyanın Belarusda hərbi baza yaratmasına qarşı etiraz ediblər.
Məlumata görə şüarlarda "Bizə dinc səma lazımdır!", "Müharibəyə - Yox!", "Rus hərbi bazaları bizi hədəfə çevirir!" şüarları yazılıb.
Xatırladırıq ki, bu ilin sonunadək Belarusun Polşa və Litva ilə sərhəddində yerləşən Lida şəhərində Kreml hərbi aerodrom tikib və bu yaxınlarda aerodroma Eusiya HHQ-nin hərbi təyyarələrinin gətiriləcəyi gözlənilir.
Mənbə:> Olke.az