Bakının Avrasiya İttifaqı arzusu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Bakının Avrasiya İttifaqı arzusu – VİDEO

Bakının Avrasiya İttifaqı arzusu


Xarici işlər naziri Elmar Məmmədyarovun “Sputnik” agentliyinə açıqlamasında Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını istisna etməyib. Heç vaxt, heç vaxt demə - cavabı verən Məmmədyarov hazırda Avrasiya bloku ölkələri ilə ikitərfli münasibətlərin inkişafına diqqət yetirdiyini əlavə edib.

ANS TV-nin məlumatına görə, politoloqlar, yerli iqtisadçı alimlər bu bəyanatı şərh ediblər. Onlardan bəzisi bu bəyanatı Azərbaycanı təkləmək istəyən qüvvələrə cavab adlandırıb. Bəzisi isə gələcəkdə belə bir məsələnin nəzərədən keçirə biləcəyini, hazırda isə Avropa ilə bir çox sahələrədə əməkdaşlığa üstünlük verdiyini söyləyiblər.

“İlk öncə biz Avrasiya İttifaqının Azərbaycana nə verəcəyini nəzərdən keçirlməliyik. Bu onun müstəqilliyi hesabına başa gəlməyəcək, düşünmək lazımdır. Azərbaycan açıq siyasət aparır. Azərbaycanın ticarət dövriyyəsi avro ilədir. 90 faiz mal ora ixrac olunur“, - deyə millət vəkili Vahid Əhmədov fikrini açıqlayıb.

“Elmar Məmmədyarov deyib, istina etmirik. Bu müəyyən mənada Azərbaycanı təkləmək istəyən qüvvələrə cavab ola bilər. Yaxın vaxtlarada Azərbaycanın belə planı yoxdu. Çünki dəfələrələ Azərbaycan bəyan edib ki, Qarabağ işğaldan azad olunmayana kimi heç bir qruma üzv olmayacaq, o cümlədən də bu təşkilatda Ermənistan var, Azərbaycan torpqalarını işğal edən ölkə”, - deyə politoloq Rasim Musabəyov bildirib.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *