Olli Noroyono: Azərbaycanlı sürücüləri heç zaman unutmayacağam
Məni yeganə əsəbiləşdirən amil sizin sürücülərinizin maşın idarə etməsidir.
AzNews.info xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Bakı ofisinin səlahiyyət müddəti başa çatan direktoru Olli Noroyono (Olly Norojono) APA-ya müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, azərbaycanlı sürücülər maşını digərinə çox yaxın sürürlər.
“Məni yeganə əsəbiləşdirən amil sizin sürücülərinizin maşın idarə etməsidir. Maşını digərinə çox yaxın sürürlər. Bunu anlaya bilmirəm. Arada mənə elə gəlir ki, maşınımı sürtəcəklər, qəza baş verəcək. Qeyri-iş vaxtı maşını özüm sürürəm.
Yaxın məsafə olanda, çalışıram ki, piyada hərəkət edim. Bu, daha təhlükəsizdir. Sizin sürücülər sanki harasa tələsir. Bəzən görürsən ki, tıxacda kiçicik bir yer var və sürücülər o kiçicik yerə girmək üçün mübarizə aparır.”
O qeyd edib ki, Azərbaycana yenicə gələndə, parklanmaya uyğunlaşa bilmirdi.
“Sonradan alışdım. Elə olur ki, maşını saxlayırsan, bir müddət sonra gəlib görürsən ki, arxanda, yəni ikinci cərgədə kimsə maşın saxlayıb və çıxa bilmirsən. Azərbaycan sürücülərini heç zaman unutmayacağam”.
Mənbə:> APA