Azərbaycanlı hüquq müdafiəçisinin çıxışı ATƏT-də gərginliyə səbəb oldu - VİDEO » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Azərbaycanlı hüquq müdafiəçisinin çıxışı ATƏT-də gərginliyə səbəb oldu - VİDEO

Azərbaycanlı hüquq müdafiəçisinin çıxışı ATƏT-də gərginliyə səbəb oldu - VİDEO

ATƏT üzvü olan 57 ölkənin rəsmi şəxslərinin, nazir və səfirlərinin, habelə QHT rəhbərləri, jurnalist və hüquq müdafiəçilərinin qatıldığı bu dəfəki müzakirələrdə sərbəst toplaşmaq azadlığı, hüquq müdafiə təşkilatları və insan haqlarının müdafiəsi mövzuları müzakirə olunub.Tədbirdə yaxından iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov kəlbəcərli əsirlər barədə danışıb və Ermənistan hökumətini sərt tənqid edib.

Rəsmi Yerevanın beynəlxalq qaydalara hörmət etmədiyini bildirən ADİHİ rəhbəri daha sonra ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer və Freedom House təşkilatının rəhbəri Devid Kramerə müraciət edərək, onların kəlbəcərli əsirlər barədə mövqe ortaya qoymalarını istəyib və ABŞ nümayəndələrini cəsarətsizlikdə ittiham edib.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *