ABŞ səfiri Dağlıq Qarabağ münaqişәsinin hәllindən danışdı
Dağlıq Qarabağ münaqişәsinin hәlli istiqamәtindә hazırda addımlar atılır.
AzNews.info-nun APA-ya istinadən mәlumatına görә, bu sözlәri ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.
O bildirib ki, bu istiqamәtdә ABŞ-ın ATӘT-in Minsk Qrupundakı hәmsәdri digәr hәmsdәrlәrlә birlikdә ciddi sәylә çalışır:
“BMT Baş Assambleyası çәrçivәsindә hәr iki ölkәnin nazirlәrinin görüşü keçirilәcәk. Cәnab Uorlik iyul sәfәrindә burada mәcburi köçkünlәrlә görüşüb. Burada söhbәt münaqişәdәn әziyyәt çәkәn insanlardan gedir. Bunun hәll olunması üçün addımlar atılmalıdır. Azәrbaycanda isә bundan әziyyәt çәkәn 1 milyon qaçqın var”.
Sәfir nazirlәrin Nyu-Yorkda keçiriləcək görüşünə münasibət bildirərək, tәrәflәrə danışıqların davam etdirilmәsi üçün şәrait yradılmasının vacibliyini qeyd edib.
R.Sekuta qeyd edib ki, Birlәşmiş Ştatlar Azәrbaycanın müstәqillik qazandığı ilk gündәn demokratiyanın inkişafı, keçirilən hәr seçkinin demokratiyanın inkişafına doğru daha bir addım olması üçün әmәkdaşlıq edib:
“Azәrbaycan prezidenti İlham Әliyev 1 noyabr seçkilәrinin azad vә әdalәtli keçirlәcәyini bәyan edib. Biz dә bunun tәrәfdarıyıq”.
O bildirib ki, ABŞ Azәrbaycan hökumәtinin demokratiya vә insan haqları sahәsindә atdığı addımlarla bağlı hökumәt ilә işlәyir :
“Biz davamlı olaraq bu sahәdә hökumәtlә söhbәtlәr aparırıq. Biz Azәrbaycanla azәrbaycanlıların görmәk istәdiyi güclü Azәrbaycan naminә işlәmәyә hazırıq”.
Mənbə:> APA