“BP-Azerbaijan” şirkətində növbəti ixtisar dalğası? » AzNews.info -Xəbər portalı

“BP-Azerbaijan” şirkətində növbəti ixtisar dalğası?

“BP-Azerbaijan” şirkətində növbəti ixtisar dalğası?


Son vaxtlar sosial şəbəkələrdə “BP-Azerbaijan” şirkətində növbəti ixtisar dalğasının başlaması barədə məlumatlar yayılıb, Oxu.Az xəbər verir.

Bildirilir ki, hazırda “BP-Azerbaijan” şirkəti orta və aşağı kateqoriyalı əməkdaşlarını ixtisar edir.

Ümumilikdə şirkətin 300-ə yaxın şirkət əməkdaşının (ümumi əməkdaş sayının 10%-i) ixtisar olunacağı qeyd olunur.

İşdən çıxarılan əməkdaşlara 3-6 aylıq maaşlarının da verildiyi bildirilir.

Oxu.Az məsələ ilə bağlı şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ilə əlaqə saxlayıb.

T. Bayatlı isə yayılan məlumatları təkzib edib:

“Hal-hazırda “BP-Azerbaijan” şirkətində ixtisar yoxdur. Belə bir şey olarsa, əvvəllər olduğu kimi ictimaiyyətə bu barədə məlumat verəcəyik. Biz 2015-ci ilin yanvar ayında olan ixtisarlar barəsində məlumat vermişdik. Bildirmişdik ki, onlardan neçəsi azərbaycanlı, neçəsi xarici vətəndaşdır. Lakin hazırda şirkətdə ixtisarlar aparılmır, yayılan məlumatlar həqiqətə uyğun deyil” - deyə, şirkətin mətbuat xidmətinin rəhbəri qeyd edib.

Qeyd edək ki, ötən ilin yanvarında da Oxu.Az “BP-Azerbaijan”da gedən ixtisarlarla bağlı yazmışdı.

Məlumatda qeyd olunurdu ki, hər gün şirkətdən 40 nəfərədək işçi çıxarılır. O zaman da işdən çıxarılan əməkdaşlara həmin şirkətdə çalışma müddətindən asılı olaraq, 3 yaxud 6 aylıq məvacibi verilirdi. Ən böyük həcmdə kompensasiyanı şirkətin 18 il əmək stajına malik olan qadın əməkdaşı almışdı - ona 100 min manata yaxın məbləğdə birdəfəlik vəsait ödənilmişdi.

Elə həmin gün bəyanatla çıxış edən şirkət rəsmisi Tamam Bayatlı yayılan məlumatları təsdiqləmişdi. Həmin dövrdə şirkət ümumilikdə 255 əməkdaşını ixtisar etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *