MAGATE İranda yoxlamaları başa çatdıra bilər
İran ümid edir ki, Beynəlxalq Atom Agentliyi (MAGATE) oktyabrın 15-dək nüvə obyektlərinin yoxlanmasını başa çatdıracaq.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, MAQATE-inin baş direktoru Yukiya Amanonun bəyanatına əsasən, iyulun 14-də “Altılıq” ölkələri ilə razılıqlar çərçivəsində agentliyin və İranın nümayəndələri tərəfindən imzalanmış “yol xəritələri”-nin icrasına başlanılıb.
MAQATE-də İran İslam Respublikasının daimi nümayəndəsinin Reza Najafi Vyanada brifinqdə çıxışı zamanı da qeyd etmişdi ki, agentlik oktyabrın 15-dək İran ərazisində yoxlamaları başa çatdıra bilər.
Qeyd edək ki, yerli ekspertlər isə bildirib ki, agentlik İranla bağlı 90 günlük heabatını “Altılıq” ölkələrinə təqdim etdikdən və bu hesabat “Altılıq” ölkələri tərəfindən müsbət qəbul edildiyi təqdirdə, neftin qiyməti ucuzlaşacaq.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli