MAQATE İranda nüvə yoxlamalarından imtina edir – FOTO
İllərdir ki, ABŞ və Qərb bu ölkəni nüvə proqramından əl çəkməyə çağırır. Nəhayət "Altılıq" ölkələr ilə əldə olunan nüvə razılaşmasına əsasən İran öz obyektlərini beynəlxalq müşahidəçilərin üzünə açdı.
İndi isə BMT Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranın nüvə obyektələrini yoxlamaqdan imtina edir.
ANS PRESS-in məlumatina görə, agentilik bunu yoxlamaların çox baha başa gəlməsi ilə izah edir.
Qurumun baş direktoru Yukiya Amano idarə heyətinin başçısı Marta Ziakovaya yazdığı məktubda təcili pul tranşına ehtiyac yarandığını bildirib.
Agentliyin baş direktoru-Yukiya Amano
Amano İranın nüvə obyektlərini yoxlamaq üçün agentliyə hər ay 1 milyon dollardan çox pul lazım olduğunu söyləyib. Agentlik nüvə stansiyalarında 15 il müddətində hər ay yoxlamalar aparmalıdır.
Təxmini hesablamalara görə, 15 il ərzində yoxlamalar üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə 157 milyon dollara yaxın vəsait lazımdır.
Agentliyin tək ümüdi İranın nüvə obyektlərinin yoxlanılmasını canla-başla istəyən “Altılıq” ölkələrinə qalıb.
"Altılıq" ölkələrinin əsas üzvülərindən olan ABŞ agentliyi bu çətin vəziyyətdən qurtarmaq üçün yoxlamalar müddətində lazım olan qədər vəsait ayıracağını açıqlayıb. ABŞ-la yanaşı Fransa, İngiltərə, Almaniya, Rusiya, Çin, Yaponiya, Finlandiya, Avstraliya, Kanada, Hollandiya və Yeni Zellandiyanın da maliyyə yardımı ayıracağı bildirilir.
İranın nüvə obyekti
Danışıqlarda razılığın əldə olunması, tarixi önəm daşıyır. Belə ki, İran uranın müəyyən konsentratdan yuxarı zənginləşdirməsindən əl çəkəcəyi və öhdəlikləri yerinə yetirəcəyi təqdirdə, ölkəyə qarşı BMT TŞ-nin qüvvədə olan sanksiyalar qətnaməsi yenisi ilə əvəz olunacaq. Yeni qəbul edilən qətnamədə mütəmadi olaraq İrana qarşı məhdudlaşdırıcı siyasətin aradan qaldırılması və sanksiyaların qaldırılması yer alacaq. Bu İran iqtisadiyyatına milyardlarla dollar axın deməkdir.
Altılıq ölkələrinin iclası
Mənbə:> ANSPRESS