Saakaşvili Kuçmanın məxfi silah yardımından yazdı – MƏXFİ
Leonid Kuçma Acariya böhranı zamanı bizə ən böyük yardımı göstərdi.
Axar.az xəbər verir ki, bu sözləri Odessa qubernatoru Mixail Saakaşvili öz Feysbuk səhifəsində yerləşdirib. Onun sözlərinə görə, Kuçma Acariya böhranı dövründə Gürcüstana pulsuz silah yardımı edibmiş:
“2004-cü ildə Gürcüstanın ən vacib strateji regionlarından biri olan Acariyada Putin qiyam qaldırdı. O, yerli feodallara dəstək verdi və rus zabitləri onların yardımına göndərdi. Bununla da o, inqilabdan sonra yaranmış gürcü dövlətini boğmağı hədəfləyirdi. Məhz həmin zaman yalnız Leonid Kuçma mənim çağırışlarıma qısa zaman çərçivəsində müsbət dəyərləndirdi. Tezliklə silahsız olan Gürcüstan ordusuna onlarla pulsuz BTR və Mi-24 vertolyotu verdi. Bu, əsil dönüş nöqtəsi idi. Buna görə, biz müasir Batumini qurmağı bacardıq. Biz həmçinin prezident Kravçukun əmri ilə Ukrayna pilotlarının Suxumidən gürcüləri necə çıxartdıqlarını da unutmayacağıq”.
Mənbə:> Axar.az