Kamerunda partlayışlar zamanı 10 nəfər ölüb
Kamerunun şimalında Nigeriya ilə sərhəddə yerləşən Kolofata şəhərində 2 partlayış nəticəsində 10 nəfər ölüb, daha 14 nəfər yaralanıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, şahidlər partlayışların “canlı bomba”lar tərəfindən həyata keçirildiyini bildiriblər.
“Partlayışları 14-16 yaş arası olan iki yeniyetmə törədib”, - Kamerunun Rabitə naziri İssa Çimora Bakari deyib.
Yerli sakinlər bildiriblər ki, partlayışların biri Nigeriyadan olan qaçqınların məskunlaşdığı sığınacaqda, digəri isə bazarda törədilib.
Hökümət terror aktlarında “Boko Haram” qrupunu şübhəli bilir.
Mənbə:> Oxu.Az