Azərbaycan bayrağını zibilliyə atdılar » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Foto, Video

Azərbaycan bayrağını zibilliyə atdılar – VİDEO+FOTO

Azərbaycan bayrağını zibilliyə atdılar


Facebook sosial şəbəkəsində Azərbaycanın üçrəngli bayrağının zibillikdən asıldığını əks etdirən video və fotoşəkillər yayılıb.

Oxu.Az xəbər verir ki, məlumatı bölüşən Yusif Məmmədli adlı istifadəçi yazır ki, bayraq əvvəlcə zibil yeşiyində imiş.

Yusif deyir ki, bayrağı Yasamal rayonu ərazisində “Saf su” adlanan sudoldurma məntəqəsinin arxasında aşkarlayıb.

Həmin zibillikdən şüşə butulka toplayan bir gənc bayrağı qaldıraraq, ağaca asıb. Daha sonra bayrağı götürən Yusif onu öz iş yerinə gətirib.

Hazırda bayraq Qarabağ müharibəsi iştirakçısının evindədir.

“Kimisi bu bayrağı ölkədə və xaricdə yüksəklərə qaldırır, kimisi də Vətənin içində zibilliyə atır”, - deyə, istifadəçi yazıb.

Həmin bu görüntüləri təqdim edirik:

Azərbaycan bayrağını zibilliyə atdılar



Həmin bayraq hazırda:

Azərbaycan bayrağını zibilliyə atdılar

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *