Depardye Belarusa köçür
Məşhur aktyor Jerar Depardye Belarusa köçmək və orada “kəndlilər arasında yaşamaq” niyyətindən danışıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, “Le Figaro”ya verdiyi müsahibəsində bildirib.
“İndi İtaliyada yaşayıram. Yaxın zamanda Belarusa köçəcəm, orada kəndillərin arasında yaşayacağam. Çünki ora gözəldir və prezident yaxşı insandır”, - Depardye deyib.
Aktyor Avropanı siyasəti və mühacirlərlə bağlı porblemlərə görə bəyənmədiyini deyib.
Daha öncə fransız aktyor Jerar Depardye Belarus prezidenti Aleksandr Lukoşenkonun Qərbdə niyə pis reputasiyaya sahib olduğunu anlamadığını bəyan etmişdi.
Mənbə:> Oxu.Az