Obama lazım olan səsi aldı
ABŞ Administrasiyası İranla nüvə razılaşmasının bloklanmasının qarşısını almaq üçün Senatda kifayət qədər səsi təmin edib.
ANS PRESS-in məlumatına görə, Merilend ştatını təmsil edən senator Barbara Mikulski "altılığ"ın İranla əldə etdiyi razılaşmanı dəstəkləməyə hazır olan 34-cü senator oldu.
Bununla da ABŞ Administrasiyası Konqresdə sövdələşməni qorumaq üçün lazımi dəstəyi əldə edə bilib. Konqresin hər iki palatası İranla razılaşmanın əleyhinə səs verdikdən sonra ABŞ Prezidenti Barak Obamanın həmin qətnaməyə veto qoyacağı gözlənilir. Prezidentin vetosunun öhdəsindən gəlmək üçün Konqresin hər iki palatasında çoxluğun səsi tələb olunur - bu, Senatda 100 səsdən 67-sidir.
Barbara Mikulski
Bununla da senatorların 34-nün razılaşmanın lehinə səs verməsi Konqresə onu bloka almağa imkan vermir. Konqresin İranın nüvə sazişinə sentyabrın ortalarında baxacağı gözlənilir.
Mənbə:> ANSPRESS