İlham Əliyev San-Marinonun Kapitan-Regentlərini təbrik etdi
Azərbaycan prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Andrea Belluzzi və Roberto Venturiniyə təbrik məktubu ünvanlayıb.
Oxu.Az-ın məlumatına görə, təbrikdə deyilir:
“San-Marinonun milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Mənbə:> Oxu.Az