Ukraynada çılpaq fotoları ilə tanınan model polis oldu – FOTO
Dəb xəbərləri telekanalı Odessa Fashion Channel-də çalışan 28 yaşlı Anna Pençeva Odessa vilayətində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri olub.
Oxu.Az xəbər verir ki, bu barədə yerli “Dumskaya” nəşri bildirib.
Odessa vilayətində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anna Pençeva Luqanskda dünyaya gəlib, Odessada boya-başa çatıb. İxtisasca turizm üzrə menecerdir. Beş il model agentliyində çalışıb, kişilər üçün “Maksim” jurnalında çılpaq çəkilib.
2009-cu ildə “Miss Teen Ukraine” gözəllik müsabiqəsində birinci vitse-miss olub.
Daha öncə şəbəkədə “Radikal partiya”dan deputat Oleq Lyaşkonun, istifadəçiləri öz xarici görünüşü ilə fəth etmiş, ya da ki, ən azından diqqətlərini çəkmiş köməkçisini çox fəal şəkildə müzakirə edirdilər.
Mənbə:> Oxu.Az