Saakaşvili Odessada köklü reformlara hazırlaşır – VİDEO+FOTO
Odessada yerli polis rəisi saxlanılıb.
ANS PRESS-in məlumatına görə, Odessada yerli polis rəisi Oleq Makuxinin saxlanılması böyük səs küyə səbəb olub. 20 min dollar rüşvət almaqda ittiham olunan regional bölmənin başçısı cinayət başında yaxalanıb.
Bu hadisə Odessanın qubernatoru Mixail Saakaşvilini çox məyus edib. Buna səbəb isə onun Odessaya qubernator vəzifəsinə gələn zaman verdiyi söz olub. Belə ki, qısa müddət ərzində ona tapşırılan ərazidə rüşvətxorluğun kökünü kəsməyə söz verən qubernator baş verən hadisəylə bağlı yerli polisləri tənqid edib və onları "Facebook"da öz səhifəsində kökündən ləğv etməklə hədələyib.
“Odessa polisi yaxşı təşkil olunmuş kriminal sindikatdır. Mənim düşüncəmə görə, onu tamamilə dağıdıb yenidən təşkil etmək lazımdır."- deyə Saakaşvili bildirib. Biz həbsləri davam etdirməliyik. Necə ki, artıq dünən hərbi komissarlıqla və Daxili İşlər şöbəsinin başçısıyla, yüksək vəzifəli şəxslərlə etdiyimiz kimi. Həmçinin vilayət idarə etməsində də bu kimi təmizlik işlərinin aparılması vacibdir.
Daxili İşlər Nazirliyinin nəznində xüsusi rüşvətxorluqla mübarizə şöbəsi yaradılacaq. Bu orqanda işləyəcək, əməkdaşların seçimi xüsusi olaraq aparılacaq."- deyə qubernator öz fikirləri ilə bölüşüb.
Bir müddət əvvəl Saakaşvili yerli polislər üçün keçrilən təlimdə iştrak edərək, onlara şübhəlini maşına yerləşdirmək, qayda pozuntusu edən şəxslərin sənədlərini yoxlamaq qaydalarını nümayiş etdirib.
Daha əvvəl Saakaşvili bildirib ki, ABŞ yeni kadrların hazırlığını və Odessada korrupsiyayla mübarizəni maliyyələşdirəcək.
Bundan əlavə ANS PRESS qeyd edir ki, Saakaşvili rüşvət alan prokuroru sərt şəkildə hədələyib.
Saakaşvili prokurorluq orqanları ilə keçirdiyi iclas zamanı Odessa prokurorunu reket adlandırmaqla yanaşı onu cinayətləri ört-basdır etməkdə günahlandırıb.
Saakaşvili, rüşvət alan prokurorluq əməkdaşlarını həbs etdirəcəyini bildirib. “Odessada korrupsiyaya və rüşvətxorluğa müharibə elan edirəm. Heç kimə imkan verilməyəcək ki, xalqı qarət etsin".
Odessa qubernatoru iş adamlarına qarşı hüquq-mühafizə orqanlarının özbaşınalığını da sərt tənqid edib.
Mənbə:> ANSPRESS