Simonyan: Azərbaycan Mxitaryana ölkəyə girişə icazə verməyə məcburdur
Rusiya Futbol İttifaqının prezidenti vəzifəsini icra edən Nikita Simonyan Dormunt “Borussiya”sının yarımmüdafiəçisi Genrix Mxitaryanın Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə qonaq matçını buraxa biləcəyinə dair fikir bildirib.
Oxu.Az bu barədə Sports.ru-ya istinadən xəbər verir.
“İdman qanunları ilə danışsaq, Azərbaycan Mxitaryana ölkəyə girişə icazə verməyə məcburdur. Əgər oyunçunu oyuna buraxmasalar, ya oyunçu və yaxud da futbol klubu UEFA-ya müraciət etməlidir.
Azərbaycan futbolçuya öz klubu üçün oynamağa icazə verməmək üçün heç bir qanuni əsasa malik deyil. Əgər Bakı maneə yaratsa, bu, kobud qanun pozuntusu olacaq.
Mxitaryanı siyasi nöqteyi-nəzərdən oyuna buraxmamaq məntiqdən kənardır”, - Simonyan deyib.
Mənbə:> Oxu.Az