Akif Əli: Artur Rasizadə tamamilə sağlam adamdır, hər gün işə gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Akif Əli: Artur Rasizadə tamamilə sağlam adamdır, hər gün işə gəlir

Akif Əli: Artur Rasizadə tamamilə sağlam adamdır, hər gün işə gəlir


Şübhəsiz, baş nazir bu proseslərin üstündədir. Prezidentin tapşırığı ilə bütün məsələləri nəzarətdə saxlayır, səhərdən-axşamadək iş başındadır. Başqa nə iş ola bilər ki, əlbəttə, bu işlə məşğuldur.

AzNews.info xəbər verir ki, bunu “Yeni Müsavat”a müsahibəsində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli neftin qiymətinin düşməsi fonunda baş verən iqtisadi proseslərlə bağlı sualı cavablandırarkən deyib.

Akif Əli bildirib ki, Artur Rasizadənin işə çıxmaması haqda deyilənlər yalandır:

“Mən o zaman da deyirdim, indi də deyirəm: o jurnalistlər ki, yazırdılar Artur Rəsizadə işə çıxmır, səhhəti filandır, mən onlara deyirdim ki, səhər saat 9-a 15 dəqiqə qalmış Nazirlər Kabinetinin qarşısına gəlin və baş nazirin kartejinin içəri girdiyini özünüz görün. Axşam da saat 7-də işdən getdiyi vaxtdır. Lakin gəlmədilər, baxmadılar. “Xəstədir”, “işə gəlmir”, “yoxdur” deyilir ki, bunların hamısı boş söhbətdərdir.

Oturub öz yerində, öz işi ilə məşğuldur, prezidentin tapşırıqlarını icra edir. Hərə bir şey deyir, müəyyən məqsəd güdən, təmənnalı, məqsədli adamlar var. Yaxud sadəcə elə-belə reytinqini qaldırmaq istəyən mətbu orqanlar var.

Artur Rəsizadə tamamilə sağlam adamdır, bütün təfəkkürü, idrakı, şüuru, yaddaşı çox cavandan da möhkəmdir və heç bir problemi də yoxdur. Şəxsən mən problem görməmişəm və işində davam edir. Allah nə qədər məsləhət bilsə, o qədər də davam edəcək”.

Mənbə: Yeni Müsavat
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *