XİN: Azərbaycanlıların düşərgəsini yandıranlar layiqli cəzalarını alacaqlar
Almaniyada azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində baş vermiş yanğın hadisəsində təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
“Almaniyanın Bavariya əyalətinin rəsmilərinin də qeyd etdiyi kimi, bu yanğın hadisəsinin ksenofobiya və irqi ayrı-seçkilik zəminində baş verməsinin istisna olunmadığını nəzərə alaraq ümid edirik ki, istintaq obyektiv və müfəssəl şəkildə aparılacaq və təqsirkar bilinən şəxslər qanun qarşısında layiqli cəzalarını alacaqlar”, - Hikmət Hacıyev deyib.
Mənbə:> Oxu.Az