Türkiyədə separatçı dövlət adamları həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Türkiyədə separatçı dövlət adamları həbs olundu

Türkiyədə separatçı dövlət adamları həbs olundu


Türkiyədə qondarma muxariyyət bəyanatı verən 5 separatçı kürd hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. ANS PRESS-in məlumatına görə, saxlanılanlardan 3 nəfəri inzibati işdə vəzifəli olan dövlət adamlarıdır. Onların Diyarbəkir vilayəti Sur rayonunun bələdiyyə sədri Seyid Narin və onun müavini Fatma Şık Barut, həmçinin Silvan rayonu bələdiyyə sədri Yüksel Bodakçı olduğu bildirilir. Bundan başqa Demokratik Bölgələr Partiyasının (DBP) Sur rayonu üzrə həmsədri Əli Rza Çiçəkli, Günəş Ölməz, Əbdülmətin Bayram və Həsən İrmak da saxlanılanlar arasındadır.

Prokurorluqda verdikləri ifadədən sonra Türkiyə Cəza Qanunu 302-ci, dövlətin birliyi və ölkənin bütövlüyü maddəsinin tələbi ilə barələrində həbs-qətimkan tədbiri seçilən Seyid Narin, Yüksel Bodakçı, Fatma Şık Barut, Əli Rza Çiçəkli və Günəş Ölməz həbs olunmaq üçün məhkəməyə göndəriliblər.

Əbdülmətin Bayram və Həsən İrmaq isə azadlığa buraxılıblar. Həmin istintaq çərçivəsində daha 4 nəfərin saxlanılaraq məsuliyyətə cəlb olunması üçün axtarış davam edir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *