Yunan baş nazir Nazim Hikmətin şeirindən bir misranı söylədi
Yunanıstanın baş naziri Aleksis Tsipras vəzifəsindən istefa verdiyini açıqladığı televiziya müraciətində Türkiyənin məşhur solçu şairi, mərhum Nazim Hikmətin şeirindən sitat gətirib.
Oxu.Az “Hürriyet”ə istinadən xəbər verir ki, televiziyadan xalqa müraciət edən Tsipras daha güclü hökumət qurmaq üçün istefa verdiyini bəyan edib və xalqdan daha güclü hökumət qurmaq üçün dəstək gözlədiyini bildirib.
Bu zaman A. Tispras Nazim Hikmətin “Ən gözəl günlərimiz hələ yaşamadıqlarımız” misrasını tələffüz edib.
Tsiprasın səsləndirdiyi Nazim Hikmətin şeiri:
En güzel deniz:
Henüz gidilmemiş olanıdır.
En güzel çocuk:
Henüz büyümedi.
En güzel günlerimiz:
Henüz yaşamadıklarımız.
Ve sana söylemek istediğim en güzel söz:
Henüz söylememiş olduğum sözdür...
Mənbə:> Oxu.Az