İŞİD-ə qoşulan azərbaycanlı xanım » AzNews.info -Xəbər portalı

İŞİD-ə qoşulan azərbaycanlı xanım

İŞİD-ə qoşulan azərbaycanlı xanım


İŞİD-ə qoşulan azərbaycanlı ailəsi ilə bağlı heç bir məlumat yoxdur.

AzNews.info xəbər verir ki, bu barədə AzNews.az-a Şəki şəhər Daşüz bələdiyyəsindən məlumat verilib.

Məlumata görə, doqquz ay keçməsinə baxmayaraq Məmmədova Elnurə Beydullah qızı və üç uşağından kənd sakinləri hec bir məlumat ala bilmir. Ailənin başçısı isə yenə də işləmək üçün Rusiyaya gedib.

Qeyd edək ki, bu ilin yanvarında Şəki şəhər Daşüz kənd sakini İbrahim Məmmədov bildirmişdi ki, həyat yoldaşı qayınanası - Şaxbanova Qərinə Sədi qızı, bacanağı - Alxasov Daşqın Abid oğlu və baldızı - Alxasova Bahar Beydullah qızı ilə birgə üç uşağını da götürüb Suriyaya gedib. Onlar ötən il dekabrın 23-də Balakən rayonu ərazisindən ölkə sərhəddini keçərək Gürcüstana, oradan isə Türkiyə vasitəsi ilə Suriyaya keçiblər. Bundan əvvəl isə Məmmədova Elnurə Beydullah qızının iki qardaşı Suriyaya gedibmiş.

Belə ki, Sahib Şabanov Suriyada döyüşlərdə iştirak edirmiş. Sonradan isə o, öz qardaşları Tahir Şabanovla, Rövşən Şabanovu da özü ilə Suriyaya aparıb. Elnurə Məmmədova gedərkən apardığı böyük qızı - Məmmədova Günay İbrahim qızının 15, kiçik qızı – Məmmədova Ülkər İbrahim qızının 12, oğlu – Məmmədov Rüstəm İbrahim oğlunun isə 13 yaşı var idi.

Onu da bildirək ki, İbrahim Məmmədovla əlaqə saxlamaq istəsək də, telefonları bağlı oldu.

Mənbə: AzNews.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *