Səfir ermənilərə dəstək verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Səfir ermənilərə dəstək verdi

Səfir ermənilərə dəstək verdi


Almaniyanın Ermənistandakı səfiri Rayner Morell ermənilərə ya xoş gəlmək üçün, ya da onların qəlbini qırmamaq üçün məhəttəl qalınacaq açıqlama verib. O ümidvar olduğunu bildirib ki, Türkiyə ermənilərin "soyqırımı" məsələsi barədə yenidən düşünəcək".

ANS PRESS-in məlumatına görə, diplomat bu gün İrəvanda keçirdiyi mətbuat konfransında "Erməni soyqırımı"nın tanınmasında Türkiyənin siyasəti narahatedici deyilmi" sualına cavabında deyib.

R.Morellin sözlərinə görə, ilk növbədə, Birinci Dünya müharibəsi qurbanlarının xatirəsinə hörmətlə yanaşılmalıdır. Biz bu tədbirlər vasitəsilə gələcəyə baxaraq göstərmək istəyirik ki, tarixi düşmənçiliyin öhdəsindən gəlmək imkanları var. Birinci Dünya müharibəsi qurtardı. Avropada yeni səylərə ehtiyac duyulur: "Üzr istəmək, barışıq yollarını tapmaq lazımdır. Qeyd etmək lazımdır ki, türk cəmiyyətində bu istiqamətdə müəyyən hərəkətlər var. Yəni, irəliyə doğru ümid var."

Yəqin ki, almaniyalı diplomatın bu sözlərindən ermənilər həvəsə düşüb, utopik hisslərə qatılaraq xəyallarını gerçəkləşdirəcəklərinə əminliklərini artırıblar. Səfir bircə şeyi unudub bədnam ermənilərə xatırlatmayıb ki, ümid hər şeydən sonra ölür.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *