Ermənistana qaçan prokrorların qaldığı otelin qapısında qəribə yazı – FOTO
Türiyədə barələrində həbs qərarı çıxmazdan bir neçə saat əvvəl ölkədən qaçan Zəkəriyyə Öz və Cəlal Karanın Almaniyada qaldıqları otelin qapısında maraqlı tablo asılıb.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tablonun üzərində “avqustun 19-na qədər istirahətdəyik” cümləsi yazılıb.
Mehmanxananın qapı və pəncərələrinin örtülü olmasına baxmayaraq jalüzlər açıqdır. Oteli türklərin işlətdiyi bildirilir. Almaniyada otellərin bu mövsümdə bağlı olması qeyri-adi hal hesab edilir.
Otelin telefonu isə bir mobil telefona istiqamətlənib. Bu nömrə də "qapalı" mesajı verir.
Almaniyada "Römerhöf" otelinin qapısı
Zəkəriyyə Öz və Cəlal Kara haqqında hər gün yeni iddiya irəli sürülür. Əvvəl onların Gürcüstandan keçərək Ermənistana qaçdıqları haqqında məlumatlar yayılmışdı. Daha sonra isə Türkiyə polisinin araşdımaları nəticəsində onların Ermənistanda deyil, Ukraynada olduqları ortaya çıxmışdı. Amma bu iddiadan sonra onların Ukraynada deyil, Almayada olduqları bildirildi. Türkiyə Ədliyyə Nazirliyi axtarışda olan sabiq prokurorların ekstradisiyası üçün Almaniyada olan həmkarları ilə danışıqlara başlayacaq. Bəzi iddialara görə, prokrorların növbəti ünvadı Kanada olacaq. Öz və Karanın Almaniyada "Römerhöf" otelində qaldıqları bildirilir.
Cəlal Kara
Keçmiş prokurorlar barədə silahlı birləşmə yaratma ittihami ilə cinayət işi açılıb. Prokurorların ölkədən qaçmaları kameraya düşmüşdü. İki prokuror haqqında həbs qərarını məhkəmə işçilərindən birinin Zəkəriya Öz və Cəlal Karaya dediyi məlum olub. Onlar həbs olunacaqlarını bir gün əvvəldən bildikləri üçün rahat şəkildə maşına oturub, Sarp sərhəd keçid məntəqəsinə gəliblər. Avtomobili Zəkəriya Öz idarə edib. Prokurorlar eyni rəngdə geyiniblər və şapqa ilə eynəkdən də istifadə ediblər.
Zəkəriyyə Öz
Ölkədən qaçanlarla bağlı məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “paralel dövlət” qurmaq istəyənlərdən 100 dən çox üzvünün xaricə qaçdığını söyləyib.
Ərdoğan bəyan edib ki, qaçanların hər birinin izinə düşülüb və onların hamısının yaxasından tutub ölkəyə qaytaracağıq. Dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan prokuror Zəkəriyyə Öz mayın 12-də tutduğu vəzifədən kənarlaşdırılıb.
2013-cü ilin dekabrın 17-də Baş prokurorluğun göstərişi ilə Türkiyə polis idarəsinin Maliyyə cinayətlərinə qarşı şöbəsinin keçirdiyi əməliyyat nəticəsində korrupsiya ittihamı ilə 47 nəfər o cümlədən, Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyi, Mənzil Tikinti Nazirliyindən olan bir neçə rəsmi, türk nazirlərin bir neçə övladı saxlanılmış, həmçinin daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyat naziri Zəfər Çağlayan istintaqa cəlb olunmuşdu.
Mənbə:> ANSPRESS