Ərdoğandan Ermənistana qaçanlara sərt xəbərdarlıq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ərdoğandan Ermənistana qaçanlara sərt xəbərdarlıq – FOTO

Ərdoğandan Ermənistana qaçanlara sərt xəbərdarlıq


Gürcüstandan keçməklə Ermənistana qaçan keçmiş prokurorlar Zəkəriya Öz və Cəlal Qaranın ölkəyə ekstradisiyası üçün Türkiyə höküməti addımlar atmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Bakırköy məhkəməsi prokurorların qaytarılması üçün Xarici İşlər Nazirliyinə təqdim edilməsi üçün Ədliyyə Nazirliyinə Gürcüstan hökümətinə göndəriləcək diffuziya məktubu yollayıb.

Diffuziya məktubu əlaqəli ölkə tərəfindən digər ölkənin interpoluna göndərilən yazıdır.

Ölkədən qaçanlarla bağlı məsələyə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “paralel dövlət” qurmaq istəyənlərdən 100 dən çox üzvünün xaricə qaçdığını söyləyib.

Ərdoğan bəyan edib ki, qaçanların hər birinin izinə düşülüb və onların hamısının yaxasından tutub ölkəyə qaytaracağıq.
“Bəziləri Gürcüstan vasitəsi ilə Ermənistana qaçırlar. Əlbəttə oradan da harasa qaçacaqlar. Biz onları interpolun qırmızı xətti ilə axtarışa verib ölkəyə qaytaracağıq. Hamısı etdikərinin hesabını verəcək” .

Xatırladaq ki, keçmiş prokrorlar Zəkəriya Öz və Cəlal Qara barələrində həbs qərarı verilməsinə bir neçə saat qalmış Gürcüstan vasitəsi ilə Ermənistana qaçıblar. Bu haqda mətbuata Artvin şəhərinin valisi Kəmal Cirit məlumat verib. Türkiyə höküməti onların gerı qaytarılması üçün Gürcüstan hökümətinə müraciət edib.

Türkiyədə İstanbulun 3 keçmiş prokuroru barəsində dövlət çevrilişinə cəhd ittihamı ilə həbs qəti-imkan tədbiri seçilib. Gülən hərəkatının üzvü olmaqda şübhəli bilinən dövlət ittihamçıları Zəkəriyyə Öz, Cəlal Kara və Məhmət Yüzgəç iddiaya görə, demokratik yolla seçilmiş höküməti devirmək məqsədilə 2013-cü ildə korrupsiya qalmaqalına səbəb olmuş, hakim AKP partiyasının rəsmilərinə yönəlik 17 dekabr və 25 dekabr əməliyyatlarını təşkil edib.

Dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan prokuror Zəkəriyyə Öz mayın 12-də tutduğu vəzifədən kənarlaşdırılıb. Xatırladaq ki, 2013-cü ilin dekabrın 17-də Baş prokurorluğun göstərişi ilə Türkiyə polis idarəsinin Maliyyə cinayətlərinə qarşı şöbəsinin keçirdiyi əməliyyat nəticəsində korrupsiya ittihamı ilə 47 nəfər o cümlədən, Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyi, Mənzil Tikinti Nazirliyindən olan bir neçə rəsmi, türk nazirlərin bir neçə övladı saxlanılmış, həmçinin daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyat naziri Zəfər Çağlayan istintaqa cəlb olunmuşdu.

Ərdoğandan Ermənistana qaçanlara sərt xəbərdarlıq
Ərdoğandan Ermənistana qaçanlara sərt xəbərdarlıq

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *