İrandan Azərbaycana tələb – VİDEO
İran Azərbaycanda olan dondurulmuş aktivlərinin azad edilməsini istəyir.
ANS TV-nin “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə İran-Azərbaycan birgə komissiyasının rəhbəri Mehdi Möhtəşəmi Ərdəbildə yerli iş adamları ilə görüşdə məlumat verib.
Möhtəşəmi deyib ki, bir neçə gün əvvəl Azərbaycan nümayəndə heyətinin Tehranda görüşləri zamanı iki ölkə İranın 500 mln. ABŞ dolları həcmində aktivlərinin bloklanmadan azad edilməsi barədə razılığa gəlib.
Bu aktivlər iki ölkənin ticarətinə yönəldiləcək.
Azərbaycan tərəfi bu məsələ ilə bağlı şərh verməyib.
Mənbə:> ANSPRESS