Rusiya hərbçiləri Çeçenistanda minaya düşdülər
Çeçenistanda Açxoy-Martanov dağlarında əldə düzəldilmiş qurğunun partlaması nəticəsində Rusiya ordusunun bir hərbçisi ölüb, daha ikisi isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfax” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Qey olunur ki, Rusiya Müdafiə nazirliyinin hücum briqadalarının birinin hərbçiləri şənbə günü Yandi kəndi yaxınlığında dağlıq ərazidə kəşfiyyat aparırdılar. Əməliyyat zamanı əldə düzəldilmiş 82 mm mina partlayıb.
Nəticədə kəşfiyyat bölməsinin komandiri ölüb, iki müqaviləli hərbi qulluqçu isə yaralanıb.
Hadisənin baş vermə səbələri araşdırılır.
Mənbə:> Oxu.Az