Obama dünyada ən sürətli kompüteri yaratmağı tapşırdı
ABŞ prezidenti Barak Obama 2025-ci ilə qədər dünyada ən sürətli super kompüterin yaradılması haqqında sərəncam imzalayıb.
7news.az bu barədə BBC-yə istinadla xəbər verir.
Kompüter Çində yaradılmış hazırkı liderdən 20 dəfə sürətli olacaq və saniyədə kvintillion (milyardlarla milyard) əməliyyat həyata keçirə biləcək.
Yeni super kompüter milli təhlükəsizlik sahəsində kompleks simulyasiya, elmi hesablamalar və layihələr üçün istifadə olunacaq.
Mənbə:> 7news.az