Müğənni-deputat parlamentdə yatdı – VİDEO
AK partiyanın yeni millət vəkili, müğənni Uğur Işılak parlamentin iclasında yatmasından danışıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə keçirilən 25-ci parlament seçkilərində qalib gələn millət vəkili TBMM-də yatmasına belə aydınlıq gətirib:
“Ölkəmizdə baş verən terror hadisələrinə görə, 5 gündür ki, 2-3 saat yatıram. Ona görə də 10-15 saniyə yuxulamışam. Xüsusilə söyləmək istəyirəm ki, yaşadığımız son bir həftəlik müddətdə rahat yatanlar olduğu kimi, problemi həll etməyə çalışanlar da var. Mən də bu problemləri həll etmək üçün çalışanlardan biriyəm. Belə olunca bəzən məclisdə, bəzən məktəbdə, bəzən qonaqlıqda yuxulaya bilərəm. Bunu çox şişirtməmək, sui-istifadə etməmək lazımdır”.
Qeyd edək ki, Uğur Işılak ötən il AKP-nin seçkilərdəki təşviqat mahnısı olan "Dombra"nı oxuyub.
Mənbə:> Qafqazinfo.az