Putin müsəlmanları təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Sosial, Dünya

Putin müsəlmanları təbrik etdi – FOTO

Putin müsəlmanları təbrik etdi


Rusiya prezidenti Vladimir Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib. ANS PRESS-in məlumatına görə, o, təbrikini Rusiyada yaşayan müsəlmanlara ünvanlayıb. "Müqəddəs Ramazan bayramı özündə dərin mənəvi məna, imanın möhkəmlənməsi sevincini, mənəvi paklanma və özünümükəmməlləşdirməni ehtiva edir", - deyə Putin təbrikində deyib.

O həmçinin bildirib ki, bu bayramı tək zəngin süfrə ilə deyil, eyni zamanda ehtiyacı olanlara diqqət və qayğı göstərməklə qeyd edirlər. Vladimir Putin müsəlmanların Rusiyanın həyatında fəal iştirakının çox əhəmiyyətli olduğunu da deyib: "Onların dövlət və ictimai strukturlarla qarşılıqlı əlaqələri durmadan inkişaf edir. Onlar xeyriyyə, təhsil sahəsində də çox işlər görürlər."

Rusiya prezidenti müsəlmanların ekstremistlərə qarşı müqavimətindən də danışıb. "Müsəlmanların ekstremistlərin islam dəyərlərini məhv etmək, müsəlmanlar arasında düşmənçilik və dözümsüzlük toxumları səpməsinə qarşı prinsipial mövqeyi də böyük hörmətə layiqdir. Belə məhsuldar və çoxşaxəli fəaliyyət insanlar arasında dostluq və anlaşmanın möhkəmlənməsinə, ölkədə sülh və anlaşmanın qorunmasına kömək edir", - deyə Vladimir Putin bildirib.

Putin müsəlmanları təbrik etdi
Putin müsəlmanları təbrik etdi

Moskva küçələrində namaz qılan müsəlmanlar


Qeyd edək ki, bu gün Ramazan bayraamı münasibəti ilə ən azı 80 min insanın Moskva vilayətindəki məscidlərə toplaşacağı proqnozlaşdırılıb. Bu gün səhər saatlarından başlayaraq müsəlmanlar dualar etmək, bayramlaşmaq üçün məscidlərə toplaşmağa başlayıblar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *