Beş nəfər prokurorluq orqanlarından uzaqlaşdırılıb
Ötən il ərzində beş nəfər prokurorluq orqanlarından xaric olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov yazdığı məqaləsində bildirib.
Məqalədə qeyd edilib ki, ötən ilin peşə bayramından sonrakı dövrdə 195 prokurorluq işçisi xidməti qaydada həvəsləndirilib. İntizam məsuliyyətinə cəlb edilmiş 38 işçidən 25 nəfərinə töhmət və şiddətli töhmət elan edilib.
İki nəfər aşağı vəzifəyə keçirilib, altı nəfər vəzifədən azad edilib. Beş nəfər prokurorluq orqanlarından xaric olunub.
Mənbə:> Oxu.Az