Nazir: 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nazir: 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib

Nazir: 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib

Təkcə son 5 ildə vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1579 əməkdaş cəzalandırılıb, o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 134 nəfər tutduğu vəzifədən azad olunub, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bunu nazir Ramil Usubov Avropa Şurası Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakla görüşündə deyib.

Nazir qonaqların diqqətinə çatdırıb ki, polis orqanlarının Müvəqqəti Saxlama Yerlərinin müasir standartlara uyğun yenidən qurulması yönümündə də zəruri tədbirlər görüldüyü, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində azad və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradılıb.

Qeyd edilib ki, təkcə son 5 il ərzində müvəqqəti saxlama yerlərində 1697 monitorinq keçirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *